"Kreslom onun gözünə batırdı" - Bülentdən həmkarının ittihamlarına cavab

Türkiyəli müğənni Bülent Ersoy həmkarı Mustafa Keserin haqqında söylədiyi ittihamlara cavab verib.
 
Sfera.az bildirir ki, ifaçı "Söylemezsem Olmaz” verilişində səssizliyini pozub. O, lazım olduğu halda, həddini aşan şəxslərə cavab verdiyini vurğulayıb. 

"Onsuz da veriliş mənim verilişim idi. Mənim oturduğum kreslo onun gözünə batdı, narahat oldu. Orada mənə bir otaq hazırlandığını görmürdü? Aramızda fərq olduğunu bilmirdi?”, deyə sənətçi əlavə edib.

Xatırladaq ki, Türkiyəli müğənni Bülent Ersoyla verilişi yayımdan qaldırılan Mustafa Keser ifaçının kobud olduğunu açıqlamışdı. "Sanki qarşısında xidmətçisi var kimi müraciət edirdi mənə. Rejissora qışqırır, prodüserə qışqırır, ona-buna bağırır. Səsi filan da yoxdur, pis ifa edir”, - deyə Keser bildirmişdi.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR