"Cəsədimi yandırsınlar, məsciddə mərasim istəmirəm"

Məşhur menecer və "Best Model Of Turkey"in yaradıcısı Erkan Özermanın son açıqlaması gündəm olub.
 
Sfera.az bildirir ki, təşkilatçı "Pazar Magazin” verilişində ölümü ilə bağlı danışıb. O, cəsədinin yandırılmasının tərəfdarı olduğunu deyib.
 
"Məsciddə hər hansı bir mərasimin keçirilməsini istəmirəm. Çünki o mərasimlər kokteyllərə bənzəyir. İnsanlar bir-birilərinə telefonlarını verirlər, daha sonra televiziyalarda reklamlarını edirlər. Bunu istəmirəm, məni yandırsınlar! Sonra da ana və atamın məzarının içinə qoysunlar”, - deyə Özerman əlavə edib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR