Sevənlər bu mahnını mütləq dinləsin

Sevənlər bu mahnını mütləq dinləsin
Müğənni Elşən Cəfərzadə yeni "Sevgi payım” adlı mahnını dinləyicilərə təqdim edib. Mahnının musiqisi Elçin Məhərrəmov, sözləri Aqil Əsədov, aranjemanı Elvin Musayev, miks-masteri Yaşar Baxışa məxsusdur. "Sevgi payım” Türkiyədə türkiyəli musiqiçilər tərəfindən səsləndirilib. Uzun müddətdir bu mövzuda mahnı axtarışında olan E. Cəfərzadə bir çox müğənnilərin dinləyicilərə keyfiyyətsiz işlər təqdim etdiyini də gizlətmədi: "Bu mahnını çalan musiqiçilər Murat Boz, Gülşənin musiqiçilərdir. Bu cür mahnı professional olmalıydı. Xoşbəxtlik mahnısı üçün bütün bəstəkarlara müraciət etmişdim. İnsanlar nə qədər sevib ayrılarlar? Bu cür mahnılar oxumaqdan bezmişdim. "Sevgi payım”ı sevib qovuşan, toyu olanlar üçün oxumuşam. Mahnıda səsimin tembri bilinir. 7-8 minə toya gedib xaric oxuyanlardan deyiləm. Üstəlik, dinləyicilərə də təqdim edilən məhsullar çox səviyyəsizdir. Müğənnilər dinləyicini ciddiyə almırlar, "tutar tutar, tutmaz tutmaz” deyirlər. Mahnıların aranjeman, musiqisi, kantası, səsləndirməsi bərbaddır. "Az iş görüm, amma professional olsun” deyənlərin sayı çox azdır. Gündəmdə olan musiqilərin əksəriyyəti plogiatdır. Bu ölkədə səsləndirmədə professional olan bir nəfər var, o da Yaşar Baxışdır. Türkiyə bu cür məsələlərdə daha çox dünya standartlarına uyğundur”.

"Sevgi payım” artıq radio dalğalarında səslənir və hit-paraddadır. Mahnıya tezliklə klip çəkiləcək. Klipi Türk rejissoruna həvalə ediləcək.

Xatırladaq ki, "Azər-star” müsabiqəsinin finalçısı olan E. Cəfərzadə Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə, Teymur Əmrahın tələbəsi olub.
 
 
  

OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...