\"Məni öldürəcəkdilər...\" -Azərbaycanlı müğənninin başına görün nə gəldi

\
Ötən həftə Mir Mövsüm Ağa ziyarətgahında pərəstişkarları ilə fotolar çəkdirdiyinə görə az qala topa tutulan Mətanat Əsədova əvvəl sussa da, sonradan danışmağa qərar verib.

Sfera.az xəbər verir ki, publika.az-a açıqlama verən sənətçi onu qınayanlara səslənib: 

"Allah sizləri hifz eləsin. Allahım şahiddir ki, mən həmin gün ziyarətgahda heç kimlə şəkil çəkdirmək arzusunda deyildim. Ümumiyyətlə, efirdə də kameralardan qaçıram. İnsanlar arasında az olduğumdan məni ziyarətgahda görən kimi üstümə töküldülər. Dua etdiyim üçün heç birinə məhəl qoymadım. Hətta ziyarətgahın rəhbərliyi işə qarışdı, insanlara səsləndi ki, günahdır, dua edən şəxsə mane olmayın. Heç kim onu eşitmədi, məni necə araya aldılarsa, nəfəsim təngidi. Gördülər ki, məni camaatın əlindən ala bilməyəcəklər, mühafizəçiləri çağırdılar. Həmin vaxt, mühafizəçilər olmasaydı, məni öldürəcəkdilər, sevgidən. Məni aradan güclə çıxardılar”.

Sənətçi bunu xalq sevgisi kimi qiymətləndirib: "İnsanları itələyə bilməzdim ki, məndən uzaq durun. Onların sevgisinə necə təpki göstərə bilərdim. Ağızlarına gələni danışdılar. Burada nə qəbahət iş var axı, belə şişirtdilər. Sevinirəm ki, məni bu qədər sevən insan ordusu var. O qədər müğənnilər ziyarətgaha gedir ki, heç birini belə sevgi ilə dövrəyə almırlar”.

OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...