"Sənin ana, bacında ondan yoxdur?" Səidə biabırçı görüntüsündən danışdı /VİDEO

 
Müğənni Səidə Sultan Space TV-də aparıcısı olduğu verilişdə sinəsinin açılmasının ona qarşı aparılan "qara piar" olduğunu bildirib.

BiG.AZ xəbər verir ki, müğənni onun işdən çıxarılmasında maraqlı olan qüvvələrin bu görüntüləri bilərəkdən yaydığını dilə gətirib.
Qafqazinfo saytına müsahibəsində Səidə Sultan hələ də sosial şəbəkədə görüntülərini yayımladıqlarını bildirib:

"Əslində, sinəmi bulanıq effekt verib yaya bilərdilər, ancaq etmədilər. Öz millətimiz hələ o hissəni dairəyə alır, ox ilə göstərir ki, bura da açılıb. Həmin insalara demək lazımdır ki, Mən istəyərdim ki, abırımı bu qədər açım ortaya qoyum? Söz deyə bilərəm, şıltaqlıq edərəm, amma qəsdən elə şey etmərəm. Biz tamaşaçıya görə niyə dəyişməliyik? Bilirdim ki, mənə qarşı qara reklam çox idi.
Məcbur olub üzr istədim. Səhvim yox idi, həmin günü tamaşaçılara dedim ki, belə şeyin olmağını istəməzdim. Mənə dedilər ki, xalqdan üzr istə, mən pis günə düşmüşəm, millətdən niyə üzr istəyim? Hadisədən sonra iki gün depressiyada oldum. Saytlarda görüntülər yayımlanmamışdı. İki gün sonra hamı videoları yaydı. Daha sonra işlədiyim kanalda prodakşın veriliş hazırlanırdı. Onlarla heç vaxt yola getmirdim. Bilirdim ki, onlar məni işdən çıxarmağa can atırdılar. Belə də oldu... Veriliş həvəskarı deyiləm, ancaq indi təklif gəlib. Bu barədə fikirləşirəm".


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...