Məşhur basketbolçu sevgilisinə 1 milyonluq üzüklə evlilik təklifi etdi

10:39 / 16.09.2021
563
Türkiyəli aktrisa Ebru Şahin və məşhur basketbolçu Cedi Osman yaxın zamanlarda ailə həyatı quracaq.
Sfera.az bildirir ki, ötən gün sevgilisinə evlilik təklifi edən Cedi aktrisadan müsbət cavab alıb. İdmançı özəl təyyarə kirayələyərək Ebru ilə birlikdə Kapadokyaya gedib.
Burada aktrisaya sürpriz edən Cedi həmçinin aldığı nişan üzüyü ilə də gündəmə gəlib. Belə ki, o, Ebruya təxminən 1 milyon türk lirəsi dəyərində üzük taxıb.
Türkan
Sfera.az