İbrahim Tatlısəs 12 ildən sonra konsert verəcək

23:46 / 15.09.2021
2352
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək.
Sfera.az xəbər verir ki, keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında "İbo Şou” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.
63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda "Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.