Nisə Qasımova yenidən efirlərə qayıdır
Kateqoriya məlum deyil
Xalq artisti Nisə Qasımova yenidən efirlərə qayıdacaq.
Sfera.az bildirir ki, bu barədə müğənni özü məlumat verib. O, uzun fasilədən sonra yaradıcılıq işlərinə qayıtmaq qərarına gəldiyini deyib:
"Əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik".
Xatırladaq ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir müddət əvvəl sənətdən uzaqlaşıb əməliyyat olunmuşdu.
Türkan
Sfera.az






