Logo

Səidə Sultandan Yıldız Tilbəyə DƏSTƏK: "Bəlkə sonda hamımız zombiləşdik?"

Səidə Sultandan Yıldız Tilbəyə DƏSTƏK: "Bəlkə sonda hamımız zombiləşdik?"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müğənni Səidə Sultan məşhur türkiyəli müğənni Yıldız Tilbənin  vaksinlə bağlı son açıqlamasına dəstək olub.

Sfera.az bildirir ki, ifaçı sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. O bildirib ki, peyvəndlərlə bağlı heç kim sığortalanmayıb:

"Kim mənə qaranti verəcək ki, vurdurduğum vaksin  beş ildən,  on ildən sonra nə fəsadlar verəcək? Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşayaq, öz qayğımıza qalaq”.

Sultan həmçinin peyvəndləmənin könüllük əsasında olmasından da söz açıb:

"Əvvəllər dedilər ki, məcbur deyil. İndi məcburdur, niyə? İnan ki, sizlər bizim canımızı özümüz istədiyimiz qədər istəyə bilməzsiniz”.

Xatırladaq ki,  ötən həftə Yıldız Tilbnin "Qorumayan vaksini niyə vurdurum? Təsdiq edilməmiş, istehsal edənlərin belə məsuliyyətini almadığı, bir şey olacağı halda öhdəlik daşımadıqları peyvəndi niyə vurdurum? 4 doza vaksin müdafiə etmirsə, 44 dozamı vurdurmalıyıq?”, - fikirləri Türkiyə mediasında səs-küyə səbəb olmuşdu.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR