Zaurdan verilişinə gələn müğənnilərə qadağa
Kateqoriya məlum deyil
"Xəzər” telekanalının aparıcısı Zaur Kamal "5/5” verilişinə gələn müğənni qonaqlara qadağa qoyub.
Sfera.az-ın məlumatına görə, aparıcı heç kimə
fonoqramla oxumağa icazə verməyəcəyini bildirib: "Artıq yavaş-yavaş hamıya bunu deyirik.
Sentyabrın 15-dən başlayacağımız yeni mövsüm buraxılışlarında isə fonoqramla
oxumağı qadağan edəcəyəm. Hamı gəlib canlı oxuyacaq.
İstisna hallar olacaq. Əgər hansısa müğənni yeni
mahnı gətirib və onu musiqiçilər hələ eşitməyibsə, fonoqramla səslənə bilər”.






