Cazibədar model keçmiş həyat yoldaşını məhkəməyə verdi: Qızına şiddət tətbiq edibmiş
Kateqoriya məlum deyil
Tanınmış model Tülin Şahin keçmiş həyat yoldaşını məhkəməyə verib.
Sfera.az bildirir ki, ötən axşam Lizbondan qayıdan Pedro de Noronha İstanbul hava limanında saxlanılıb.
İddiaya görə, modelin keçmiş ərinə dava açmasına səbəb azyaşlı qızına şiddət göstərməsidir. Polis mərkəzində dindirilən Noronha bir neçə saat sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Tülin Şahin və Pedro de Noronha 2019-cu ildə ailə həyatı qurub. Rəsmi olaraq evlənmədikləri bəlli olan cütlük qısa zamanda münasibətlərinə nöqtə qoyub. Ayrılıqdan sonra qızını görmədiyinə görə iş adamı Tülinə dava açmışdı.
Türkan
Sfera.az






