Məşhur müğənnidən nümunəvi addım: Meşə yanğınları ilə mübarizə üçün helikopter kirayələdi
Kateqoriya məlum deyil
Məşhur türkiyəli müğənni Haluk Levent meşə yanğınlarına havadan müdaxilə üçün helikopter kirayələyib.
Sfera.az bildirir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.
Levent helikopteri Qazaxıstandan kirayəyə götürdüyünü deyib. Onun sözlərinə görə, helikopter Meşə Müdirliyi qrupları ilə koordinasiyada çalışacaq.
"Türkiyədəki şirkətlər, qurumlar, dərnəklər və ya fərdlər ölkəmizə dəstək məqsədi ilə təyyarə, helikopter kirayəyə götürə bilərlər”, - deyə müğənni əlavə edib.
Paylaşıma şərh yazan vətəndaşlar Haluku dövlətlə müqayisə ediblər. Yazılanlara dərhal reaksiya verən ifaçı isə bildirib ki, dövlət qurumları ilə koordinasiyada olmasaydılar, bunu edə bilməzdilər.
Türkan
Sfera.az






