Logo

Mustafa Sandal keçmiş həyat yoldaşını yenə məhkəməyə verdi

Mustafa Sandal keçmiş həyat yoldaşını yenə məhkəməyə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşına dava açıb.

Sfera.az bildirir ki, buna səbəb cütlük arasında uzun müddətdir davam edən təzminat problemi olub.

Belə ki, pandemiya vaxtı Mustafa bir müddət təzminatı ödəyə bilməyib. Nəticədə Emina Yahoviç onun evinə və ofisinə girov qoydurub, hətta bank hesablarının dondurulmasına da nail olub.

İfaçı isə keçmiş həyat yoldaşını məhkəməyə verərək hər ay ödədiyi 15 min türk lirəsinin ləğv edilməsini tələb edir. O, bununla yanaşı Çubuklu Vadidəki evin 70 min lirəlik kirayə gəlirini alan Eminanın bu haqdan da məhrum edilməsini istəyir. Məhkəmə prosesi noyabrın 23-də baş tutacaq.

Qeyd edək ki, 2008-ci ildə evlənən cütlük 2018-ci ildə yollarını ayırıb. Boşanma protokoluna görə, Mustafa Sandal həyat yoldaşına ayda 15 min, övladlarına isə 10 min türk lirəsi məbləğində aliment ödəməyi qəbul edib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR