Məşhur aparıcı təcavüzə uğradığını etiraf etdi

Maqazin
16:15 / 03.08.2021
1424
Türkiyədə daha bir məşhur təcavüzə uğradığını etiraf edib.
Sfera.az bildirir ki, tanınmış aparıcı Elif Yılmaz hazırda ölkədə gündəm mövzusu olan Azra Gelndam Haytaoğlunun qətlindən sonra bu addımı atıb. O, sosial media hesabında başına gələn hadisələrdən söz açıb.
"İstanbula ilk dəfə gələndə bir maklerlə görüşüb ev kirayələmək istəyirdim. Çalışanlardan biri müvəqqəti ev tuta biləcəyimi dedi, tələbə imkanına görə məntiqli gəldi. Amma ilk gecə həmin şəxs evimə girib mənə təcavüz etmişdi. Ordan necə qaçdığımı xatırlamıram. Şikayət edəcəyimi dedim, qorxdu. Tək idim, çarəsizdim. Bu cür şərəfsizlər haqqında artıq danışmaq lazımdır”, - deyə aparıcı qeyd edib.
Yılmaz həmçinin ona təcavüz edən şəxsi məhkəməyə versə də, hələ də işin yekunlaşmadığını deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl, 21 yaşlı tələbə Azra Gülendam Haytaoğlu Antalyada qətlə yetirilib. Daşınmaz əmlak agenti M.M.A. adlı şəxs gənc qıza əvvəlcə təcavüz edib, sonra onu boğub və hamam otağında beş hissəyə bölərək çamadanla meşədə basdırıb.
Türkan
Sfera.az