Ərindən boşanan Samirəyə yeni vəzifə verildi

Ərindən boşanan Samirəyə yeni vəzifə verildi


Sfera.az bildirir ki, ATV-nin keçmiş aparıcısı azvision.az-a açıqlamasında başqa bir telekanala keçmək fikrində olmadığını deyib. Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib.

"Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram". Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib: "İşə başlayanda bu barədə açıqlama verəcəyəm".

S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib. "Bu məlumatların heç bir əlaqəsi yoxdur. Mən, sadəcə, işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır". 

OXŞAR XƏBƏRLƏR