Acun İlıcalı Şeymaya İbizada ev aldığını etiraf etdi: "Yaşadığı problemlərdə yanında oluram"

Acun İlıcalı Şeymaya İbizada ev aldığını etiraf etdi:
Türkiyəli telejurnalist və televiziya rəhbəri Acun İlıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşı ilə görüşdüyünü, münasibətlərinin normal olduğunu deyib.
 
Sfera.az Hürriyət-ə istinadən xəbər verir ki, Acun eks həyat yoldaşının başına gələn saxta evlilik təklifi və münasibətdən də söz açıb:
 
"Hadisələrdən xəbərim var. Şeyma ilə çox yaxşı dostuq, uşağımız var. Açıq deyim, səhvlərimdən qaynaqlanan şəxsi həyatımdakı uğursuzluqlara görə ilk özümü günahlandırıram. Bunun nəticələrinə qatlanmalıyam. Məndə belə düşüncə yoxdur ki, münasibətim bitən qadınla bir daha görüşməyəcəm. Şeymanın yaşadığı problemlərdə yanında oluram". 
 
A.İlıcalı Şeyma Subaşıya İbizada ev alması ilə bağlı iddiaya isə belə cavab verib:
 
"Heç vaxt maliyyə məsələlərindən danışmamışam, danışmayacam da. Öz dostlarımı dəstəklədiyim kimi, övladlarımın analarına da dəstək oluram. İbizada bir ev almaq və ya başqa bir şey almaq kimi detallara varmağa gərək yoxdur. Şeyma ilk gündən aliment almağa ehtiyac duymadığını deyib. Onun ağlında heç vaxt "Acundan bu qədər pul alım" deyə, düşüncə olmayıb". 
 
Türkiyəli fenomen son olaraq eks həyat yoldaşlarının hər ikisi ilə normal münasibətinin olduğunu, hazırda münasibətdə olduğu Çağla Altunkaya ilə xoşbəxt olduğunu deyib. 

İnci
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...