Logo

"Keçmişdə nə gündə olmusunuz..." - Nazilə Səfərlidən tənqidlərə sərt reaksiya

"Keçmişdə nə gündə olmusunuz..." - Nazilə Səfərlidən tənqidlərə sərt reaksiya
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparıcı-şairə Nazilə Səfərli onun keçmiş şəkillərini paylaşıb tənqid edənlərə cavab verib.

Sfera.az bildirir ki, bu barədə şairə sosial şəbəkə hesabında izləyicilərinə müraciət edib.

"Məşhurların keçmiş və indiki hallarını tez-tez müqayisə edirlər.Gənclik illərindəki makiyajsız halları, yaxud geyimini tarazlaya bilmədiyi vəziyyətlərini sosial şəbəkələrdə paylaşırlar, müzakirəyə qoyurlar. Tanınmışlar haqqında belə şeylər əslində normaldır. Amma insanlar da "nə gündədir”, "pul nələrə qadirdir” kimi şərhlər yazırlar. Mənim mesaj bölməm açıqdır. Bir-iki şəkli də siz qoyun görək, keçmişdə nə gündə olmusunuz. Həqiqətən adama maraqlı gəlir” , - deyə Səfərli qeyd edib.

O, həmçinin plastik əməliyyat iddialarını da təkzib edib:

"Deyirlər plastik əməliyyat etdirmisən. Onu edənin çənəsində buxaq olur? Ya da deyirlər üzünə gel vurdurmusan, əksinə, mən dərimin nazik olmasını istəyirəm. Nə edim, anam məni belə doğub”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR