Logo

DİN və Operativ Qərargah xəbərdarlıq etdi, bu ulduzların konsertləri təxirə salındı

DİN və Operativ Qərargah xəbərdarlıq etdi, bu ulduzların konsertləri təxirə salındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda xarici və yerli ulduzların konsert proqramları təxirə salınıb.

Sfera.az xəbər verir ki, buna Daxili İşlər Nazirliyi və Nazirlər Kabineti yanında Operativ Qərargahın xəbərdarlıqlar etməsi səbəb olub.

İyunun 5-də Mustafa Cecelinin Bakıdakı musiqili gecəsində sərt karantin rejiminin kobud şəkildə pozulması digər ulduzların da səhnəyə çıxmaması ilə nəticələnib. Belə ki, həmin restoranda çıxış edəcək Alişan və digərlərinin çıxışı qeyri-müəyyən vaxtadək uzadılıb.

Bundan əlavə, Xalq artisti Aygün Kazımovanın həmin məkanda çıxışı təxirə salınıb.

Digər estrada ulduzu, Xalq artisti Röya Ayxanın başqa bir məkanda çıxışı da olmayacaq.

Hər iki yerli ulduzun komanda heyəti məlumatı "Qafqazinfo”ya təsdiqləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR