Logo

Məşhur cütlük dünyanın ən bahalı avtomobilini alacaq - Cəmi 3 ədəd var

Məşhur cütlük dünyanın ən bahalı avtomobilini alacaq - Cəmi 3 ədəd var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyanın ən bahalı avtomobilinin ilk alıcıları bəlli olub.

Sfera.az bildirir ki, hollivud ulduzu Beyons və Cey-Z cütlüyü lüks avtomobil istehsalçısı "Rolls-Royce”un "Boat Tail” modelini almaq fikrinə düşüblər.

Özəl olaraq dizayn edilən və dünyada sadəcə üç nəfərin sahib ola biləcəyi avtomobilin qiyməti isə eşidənləri şoka salıb. Belə ki, cütlük sözügedən avtomobilə sahib olmaq üçün 20 milyon sterlinqi ( 28 milyon dollar) gözdən çıxarmalı olacaq. Məlumata görə, "Boat Tail” modelinin rəngi cütlüyün qızlarının şərəfinə mavi rəngdədir.

Qeyd edək ki, 5.8 metr uzunluğundakı avtomobilin arxasında nahar dəsti, fırlanan kokteyl masaları, stullar və öz-özünə açılan  günəş çətiri var.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR