"Bu şikayətə son qoymağın vaxtı çoxdan gəlib" - Tünzalə Ağayeva yeni layihəsindən danışdı
"Bizdə klip keyfiyyəti zəifdir" şikayətinə son qoymağın vaxtı çoxdan gəlib. Tezliklə "Yol açıqdır" layihəmi təqdim edəcəm və bu işimizlə çox şeyi göstərəcəyik".
Sfera.az bildirir ki, bunu Xalq artisti Tünzalə Ağayeva yeni klipi haqda danışarkən deyib.
"Azərbaycanda aktual, trend kliplər çəkilə bilər. Öz qrafik dizaynerlərimiz, proqramistlərimiz, rəssamlarımız var. Öz çəkiliş pavilyonlarımızda müxtəlif şərait yaratmaq olar. Rəqəmsal və digər tərzdə işləyən bacarıqlı, peşəkar rejissorlar, klipmeykerlər, operatorlar, montajorlar var. Layihəni reallaşdıran, təşkilatçılığı, peşəkarlığı olan prodüserlərimiz fəaliyyət göstərir”, - deyə ifaçı qeyd edib.
Xalq artisti vurğulayıb ki, başqa ölkələrin bazarına qazanc və töhfələr vermək yerinə, özümüzkülərə qazandırsaq, yaxşıdır.
Türkan
Sfera.az






