Logo

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün münasibətilə tanınmış müğənnilər və aparıcılar övladlarının, özlərinin fotolarını paylaşaraq təbriklərini yazıblar.

Sfera.az tanınmış simaların uşaqlar günü ilə bağlı yazdıqlarını bir araya toplayıb:

Xalq artisti, müğənni Faiq Ağayev atası ilə olan uşaqlıq fotosunu paylaşıb. O, uşaqlığın qayğısızlıq dövrü, ömrün ən xoşbəxt zamanı olduğunu vurğulayıb.

"Balalarımız atalı-analı, sağlam və bəxtiyar yaşasın”, - deyə müğənni qeyd edib.

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

Rəqqasə Oksana Rəsulova övladı ilə birlikdə olduğu şəklini paylaşaraq hər bir qadına ana olmağı arzulayıb: "Uşaqlar bizim həyatımızın önəmli bir parçasıdır, onları sevmək, bəsləmək lazımdır, amma qədərində! Allah bütün balaları saxlasın”.

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

Teleaparıcı Lalə Azərtaş isə iki qız övladı ilə yeni fotossesiya etdirib. O, paylaşımına bu fikirləri əlavə edib:

"Balalarımın simasında bütün uşaqlarımızı tanrı qorusun. Ataları Vətən üçün canından keçən şəhid balalarını isə hamımız qorumalıyıq. Uşaqlara qarşı terror dayansın! Hər bir uşaq uşaqlığını doyunca yaşaya bilsin”.

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

Müğənni Vasif Məhərrəmli oğlu ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. O, uşaqları təbrik edib, valideynlərə isə övladı ilə sınağa çəkilməməyi arzulayıb.

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

Əməkdar artist Elza Seyidcahan isə nəvələrinin fotosuna bu sözləri qeyd edib:

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

"Uşaqlarınıza susmağı öyrədin, danışmağı özləri də öyrənərlər. Uşağı yaşadan atanın kisəsi, ananın kasasıdır. Onlara böyük ehtiram göstərmək lazımdır”.

Xalq artisti Röya Ayxan da uşaqlar gününü unutmayıb. Hazırda oğlu ilə istirahətdə olan ifaçı elə övladının simasında uşaqları təbrik edib.

"Uşaqları sevmək, bəsləmək lazımdır, amma qədərində!" - Məşhurlarımız bu günü necə qeyd edir? - FOTOLAR

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR