"Bu özəl şirkətlərə və idarəçilərə dərs olmalıdır" - Teleaparıcı
Kateqoriya məlum deyil
"Lider televiziyasının, ümumiyyətlə, insanların pul qazandıqları hər hansı leqal iş yerinin bağlanmasına sevinmək insanlığa sığmır”.
Sfera.az xəbər verir ki, bunu tanınmış teleaparıcı Murad Əzimzadə deyib. O bildirib ki, Lider TV-nin zirvədən ən dibə enişi və bunun bütün ictimaiyyət qarşısında baş verməsi özəl şirkətlərə və idarəçilərə bir "dərs” olmalıdır:
"Teleşirkətlər Lider TV-nin vəziyyətinə düşməsinlər. 2011-2013-cü illərdə həmin kanalda layihə rəhbəri, müəllif və aparıcı kimi fəaliyyət göstərmişəm. O zamana aid xoş xatirələrim də az deyil. Etiraf etmək lazımdır ki, Lider dövrünün ən yaxşılarından idi. Demək, "Milyonçu” şousundan real müflisləşməyə qədər gedən yol çox da uzun deyilmiş”.
Aparıcı həmçinin həmkarları üçün təəssüfləndiyini və tez bir zamanda iş tapmaqlarını arzuladığını da qeyd edib.
Türkan
Sfera.az






