Logo

"Mənə aylarla təcavüz etdi, hamilə ikən küçəyə atdı" - Ledi Qaqadan qandonduran təcavüz etirafı

"Mənə aylarla təcavüz etdi, hamilə ikən küçəyə atdı" - Ledi Qaqadan qandonduran təcavüz etirafı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyaca məşhur müğənni Leydi Qaqa təcavüzə uğradığını etiraf edib.

Sfera.az bildirir ki, ifaçı "The Me You Can't See” adlı verilişdə 19 yaşında musiqi prodüserinin onu studiyaya bağlayaraq aylarla təcavüz etdiyini, hamilə ikən küçəyə atıldığını deyib.

35 yaşlı sənətçinin sözlərinə görə, həmin şəxs dediklərini etmədiyi halda, Qaqanı musiqi qeydlərini yandırmaqla təhdid edib.

"O insanın üzünü bir daha görmək istəmirəm. Həftələrlə özümü xəstə kimi hiss elədim. Gördüm ki, bu ağrı mənə təcavüz edib hamilə qoyandan sonra ailəmin evinin yaxınlarında küçəyə atması hissi ilə eynidir. Aylarla cinsi istismara uğrayıb xəstə olduğuma görə ürəyim bulanırdı”, - deyə Leydi bildirib.

Travma səbəbindən uzun müddət özünə gələ bilmədiyini deyən Qaqa özünə zərər verdiyini də etiraf edib:

"Mənim vəziyyətimdə olanlar həmişə eyni şeyi deyirəm. İnsanlara heç nə göstərməyin, onlara nə hiss etdiyinizi başa salın”.

Qeyd edək ki, Leydi Qaqa ilk dəfə 2014-cü ildə cinsi təcavüzə məruz qaldığını demişdi.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR