Pərvin Abıyeva formada qalmağın sirlərini açdı
Kateqoriya məlum deyil
Aktrisa Pərvin Abıyeva arıqlamağın sirlərini açıb.
Sfera.az bildirir ki, aktrisa bu barədə məlumatı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O qeyd edib ki, şəkərdən, yağdan, duzdan və ağ çörəkdən imtina etmək lazımdır:
"Səhər oyandıqdan sonra orta şəkərli kofe için. Dietik şəkər olsa, daha yaxşı olar. Bu, sizin uzun müddət tox tutacaq. Çox hərəkət edin”.
Pərvin Abıyeva deyib ki, çəki atmaq heç də çətin deyil. "Qarın əzələsi istəyirsinizsə, gündə 100 dənə press edin. Yay gəlir, özünüzə motivasiya verin”, - deyə aktrisa paylaşımında qeyd edib.
Türkan
Sfera.az






