“Avroviziya-2021”nın ikinci yarımfinalı başa çatdı - YENİLƏNDİ
23:17
"Avroviziya” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir.
Sfera.az xəbər verir ki, yarışma Niderlandın Rotterdam şəhərindəki "Ahoy Arena”da keçirilir.
San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka finala keçmək uğrunda mübarizə aparacaqlar.
Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.
***
Niderlandda keçirilən "Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.
Sfera.az-ın məlumatına görə, müsabiqənin ikinci yarımfinalında Estoniya, Çexiya, San-Marino, Avstriya, Yunanıstan, İslandiya, Polşa, Moldova, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edir.
İfaların hamısı dinlənildikdən sonra mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya ikinci yarımfinal mərhələsindən final mərhələsinə çıxıb.
Qeyd edək ki, final mərhələsində ümumilikdə Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın iştirakçısı çıxış edəcək.
Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.






