Rok-ulduz yenidən təcavüz iddiaları ilə gündəmdədir - Bu dəfə işçisi məhkəməyə verdi
Sfera.az bildirir ki, Valtersin vəkilləri Mansonun qorxulu və vəhşi müdir olduğunu, köməkçisini fasiləsiz 48 saat işlətdiyini, psixoloji təcavüz etdiyini bildirib.
"Manson əlindəki gücü, məşhurluğu və əlaqələrindən istifadə edərək köməkçisini istismar edib”, - deyə açıqlamalarda qeyd edilib.
Rok-ulduz isə deyilənləri təkzib edib. Məhkəməyə təqdim edilən sənədlərə əsasən, Valters 2010-cu ildə Mansonla tanış olub. Valters bildirib ki, iş birliyi başlayandan bir müddət sonra Manson ona təcavüz edib. Cinsi təcavüzdən dərhal sonra sənətçi köməkçisinə maaşının iki qatı qarşılığını təklif edib və bir sıra layihələrin icrası, səyahətlərlə bağlı söz verib.
Qeyd edək ki, Manson haqqında daha əvvəl də təcavüz iddiaları yayılmışdı. Aktrisa Evan Raçel Vud rok ulduzu ilə üç illik münasibətləri boyunca istismara məruz qaldığını demişdi. "Game of Thrones”da rol alan Esme Bianso da Mansona cinsi təcavüz və şiddətlə bağlı dava açmışdı.
Türkan
Sfera.az






