\"Qatıqla xəngəl...\" - Rəqsanə 22 kilo necə arıqladığını AÇIQLADI
00:24 / 08.06.2016
5769
1 ay ərzində 22 kilo arıqladığını deyən müğənni Rəqsanə İsmayılova bunun sirrini açıb.
BiG.AZ xəbər verir ki, R.İsmayılova saxladığı pəhrizi izləyiciləri ilə paylaşıb:
"Birinci və ikinci həftədə səhər saatlarında su, çaya daha çox yer verməlisiniz.Günorta isə bir dilim qara çörək, toyuğun soyutması. Yanında pomidor, xiyar, göyərti nə qədər yeyə bilirsiniz yeyin. Axşama doğru isə düyü. Düyünü xüsui üsulla bişirmək lazımdır. Qaynadanda toyuğun blonunu ata bilərsiniz və ya toyuğun suyundan əlavə edib qaynada bilərsiz. Hər dəqiqə pomidor, xiyar(duzdan istifadə etməmək şərtilə) yemək olar. Gilas, tüksüz şaftalı da yemək olar. Həftə içində yalotu deyilən göyərti var. Həmin göyərtini zeytun yağlnda bişirib qatıqla da yemək olar. Yeməklərin yerini hər gün dəyişmək olar. Bir gün düyü, bir gün yalotu, bir gün toyuq, bir gün də balıq. Həftənin son günü isə bir dilim ağ çörək yeyə bilərsiz. Həftənin bir günü istədiyiniz yeməyi yeyin, qorxmayın. Məsələn, bu həftəsonu qatıqla xəngəl yeyəcəyəm".