Nazpəri Dostəliyeva: “Oğul itirən anaları...”
Kateqoriya məlum deyil
"Oğul itirən anaları bu dərd quyusundan çıxart, ya Rəbbim”.
Sfera.az xəbər verir ki, bunu Xalq artisti Nazpəri Dostəliyeva deyib. O, sosial şəbəkə hesabında hər kəsin Ramazan bayramını təbrik edərək özünə də səbr arzulayıb.
"Sənə sığındıq, sənə inandıq ya Rəbbim. Xeyirlərinə şükür etdik, şərdə sənə sığındıq, ey böyük Yaradan. Kədərimə boyun əydim, səndən gələni qəbul etdim. Mənə dəstək olan, üzülən əzizlərim, Allah sizi mənə çox görməsin" – deyə sənətçi paylaşımında bildirib.
Qeyd edək ki, Nazpəri Dostəliyevanın oğlu Əli ürək çatışmazlığından dünyasını dəyişib.





