Samirənin müzakirələrə səbəb olan “Avroviziya” geyimi - VİDEO
Kateqoriya məlum deyil
Azərbaycanı "Avroviziya” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi artıq 2 gündür ki, yarışın ev sahibi Niderlanddadır.
Sfera.az xəbər verir ki, ifaçı ötən gün yarışmada çıxış edəcəyi şou və geyimi ilə ilk məşqini edib.
Dizayner Rüfət İsmayıl tərəfindən hazırlanan libas sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Belə ki, izləyiciləri bu geyimin Əfəndinin boyunu daha qısa göstərdiyini və onun hərəkətinə mane olduğunu iddia ediblər.
Aysel
Sfera.az






