"Nikahdan kənar uşaq dünyaya gətirə bilərəm" - Pərvin Abıyeva tək şərtini açıqladı
Kateqoriya məlum deyil
"Sevgiyə görə başım çox ağrıyıb. İndi də ağrımaqda davam edir”.
Sfera.az-ın məlumatına görə, bunu aktrisa Pərvin Abıyeva deyib. O həmçinin hazırda sevgilisinin olmadığını vurğulayıb.
"İnsan münasibəti bitirmək istəsə də, bitmir. Ümumiyyətlə ailə qurmaq məsələsindən soyumuşam”, – deyə aktrisa qeyd edib.
Abıyeva rəsmi nikah olmadan uşaq dünyaya gətirə biləcəyini deyib:
"Sevdiyim insan razıdırsa və evli deyilsə, nikahdan kənar uşaq dünyaya gətirərəm. Mənim əsas şərtim evli olmamasıdır. Həmin insan məndən sonra da evlənə bilməz. İstəyər mənimlə ailə qursun, istəyir qurmasın. Amma başqası ilə olmaz. Ümumiyyətlə, bu mənim şəxsi həyatımdır, necə yaşayacağımı mən bilərəm. Heç kimin kiminsə həyatına müdaxilə etməyə haqqı yoxdur”.
Türkan
Sfera.az






