“Avroviziya”da daha bir dəyişiklik edildi
Kateqoriya məlum deyil
Gələn ay Niderlandda keçiriləcək "Avroviziya” mahnı müsabiqəsində növbəti dəyişiklik baş verib.
Sfera.az xəbər verir ki, yarışmanın bu il təyin olunan baş prodüseri Sitse Bakker KİV-ə açıqlamasında bildirib ki, səhnədə şoular olmayacaq, tanıtım çarxları qısa təqdim ediləcək. Həmçinin, müsabiqə 00:45- 01:00 arası bitəcək.
Bundan əlavə, Niderlanda birincilik gətirən Dunkan Lourens və ona dəstək olan Ilze DeLancın səhnədə yer alıb-almayacağı sual altındadır.






