Logo

"Əvvəllər toylara 5 minə gedirdilərsə, indi...” - Türkan Vəlizadədən iddialı AÇIQLAMA

"Əvvəllər toylara 5 minə gedirdilərsə, indi...” - Türkan Vəlizadədən iddialı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Təşkilatçılar bizə konsertlərlə, toylarla bağlı təkliflər etdilər. Lakin biz qonorarla razılaşmadıq, çünki çox az verirlər”.

Sfera.az-ın məlumatına görə, bunu müğənni Türkan Vəlizadə "Günə bir şou” verilişində deyib. O, pandemiya ilə əlaqədar qonorarların kəskin azalmasından şikayətlənib:

"Kim ki desə, mən Moskvada neçə min dollara toylara gedirəm, boş söhbətdir. Yalan danışırlar. Əvvəllər toylara 5 min dollara gedilirdisə, indi min, 2 min...”.

Müğənninin həmkarı  Vasif Məhəmərrəmli  də onu dəstəkləyib və düz dediyini vurğulayıb.

Verilişin aparıcı Tarix Əliyev (Tolik)  də eyni addımı atıb. Belə ki, o, sosial şəbəkə hesabında "Türkandan iddialı açıqlama gəldi, amma mən də təsdiqləyirəm, düz deyir. Yalandan səhifələrə pul verib bəh-bəhlə tərifləməklə deyil”, - deyə qeyd edib.

İzləyicilər isə Türkanı  kəskin tənqid edib; "1000 dollar pul deyil ki?” , "Mən olsam, Türkana heç min dollar da vermərəm” kimi şərhlər gəlib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR