Logo

Bir neçə həftədir fəaliyyətə başlamışdı... - Mətanət Əliverdiyeva İŞDƏN ÇIXARILDI

Bir neçə həftədir fəaliyyətə başlamışdı... - Mətanət Əliverdiyeva İŞDƏN ÇIXARILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Aparıcı Mətanət Əliverdiyeva "Space” telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.
 
Sfera.az xəbər verir ki, bu haqda aparıcı "axşam.az”a açıqlamasında deyib.
 
O bildirib ki, fərqli bir şou hazırlayır:
 
"Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı "6/8”dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir”.
 
Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra "Space”də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR