Saxtakarlıq etdi, cərimələr müğənniyə gəldi - DYP
Sfera.az xəbər verir ki, məsələ ilə bağlıBaş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə danışıb.
K.Əliyev açıqlamasında burda saxtakarlıq edildiyini və məsələnin artıq nəzarətə götürüldüyünü bildirib:
"Bu məsələ həllini tapıb və hazırda araşdırma gedir. Burda "Honda” markalı avtomobilin sürücüsü saxtakarlıq edərək F hərfinin altına qara xətt çəkib və kamera da onu E hərfi kimi oxuyur. Bilərəkdən nömrəyə müdaxilə ediblər ki, məsuliyyətdən yayınsınlar. Həmin sürücünün iki dəfə qayda pozuntusu qeydə alınıb və hər iki protokol da həmin şəxsə yönəldilib. Onun hazırda nömrəyə müdaxilə etdiyi üçün məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Nömrəyə bu cür müdaxilə edildiyi üçün cərimələr Nigar xanıma gəlib. Bu saxtakarlığı edən sürücü düşünməyib ki, sabah bu xüsusi cihaz vasitəsilə ortaya çıxacaq”.
(Moderator.az)






