"Ondan-bundan uşaq dünyaya gətirmək..." -Mətanətdən qalmaqallı açıqlama - VİDEO

Uzun müddətdir haqqında "Mətanət Əsədova heç vaxt ana ola bilməz xəbərləri gəzsə də", ifaçının bu həyatda ən böyük arzusu ana olmaqdır. 

BiG.AZ xəbər verir ki, "ATV maqazin onlarla" verilişində M.Əsədova bu xəbərlərə aydınlıq gətirib. İfaçı bildirib ki, ana olmaqla bağlı heç bir problemi yoxdur:

"Övladı olmur deyirlər. Allaha and olsun elə deyil. Sadəcə insan bir cüt olar ki, insanın həyatında Allahın əmri ilə -halallıqla nəsə olmalıdır. Bu gün tanıyıb, sabah - 3-4 gündən sonra ondan-bundan uşaq dünyaya gətirmək...Mən elə şeyləri xoşlamıram".

İlk ailəsi uğursuz olan məşhur ikinci dəfə ailə həyatı qurmaq istəyindən danışıb:

"Sadəcə ikinci Mətanəti tapmamışam. Düzgün, gigiyenik baxımdan təmizkar, sözün düzünü deyən, Allahını tanıyan insanı hələ də tapmamışam. Qarşıma çıxan şəxs məni pulu ilə yox, sevgisi ilə təəccübləndirməlidir. Aldım səni, geyindirdim, belə saxladım. Bağışlayın məni heyvanı da elə saxlayırlar. Mənim atam-anam yoxdur, yetim qızam. Həmin adam mənim atam-anam, sevgi olamlıdır. Bu gündən sonra hansı nələrsə almaqla məni təəccübləndirə bilər ki? Mən onu təəccübləndirə bilərəm. Mən nələr görmüşəm, nələr dağıtmışam. Amma pulsuz kişi də istəmirəm. Pulsuz kişi qadının yanında nə gəzir? Pulu da olmalıdır".


OXŞAR XƏBƏRLƏR