Logo

Əməkdar artist beyin infarktı keçirdi

Əməkdar artist beyin infarktı keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

Sfera.az bildirir ki, bu barədə APA-ya Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə aldığını deyib: "Pərviz Bağırov beyin infarktı keçirib. Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var. Xəstə qəbul olunanda vəziyyəti çox ağır idi. Hazırda stabil ağır olaraq qalır. Huşu aydın olsa da, ünsiyyətində problem var, sağ tərəfi işləmir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR