Logo

Boşanan müğənninin yeni sevgilisi - foto

Boşanan müğənninin yeni sevgilisi - foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rza Esendemirle evliliyi qısa sürən türkiyəli müğənni İrem Dericinin yeni eşq yaşadığı iddia edilir.

Sfera.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özge Uzunun təqdim etdiyi "Hayat başlasın" proqramında İremin Selami Şahinin oğlu Liderlə sevgili olduğu bildirilib.

Verlişin maqazin bölümündə qeyd edilib ki, İ.Dericinin meneceri Doğukanın doğum günündə müğənni Liderlə bərabər əylənib.

Boşanma xəbəri çox danışılan müğənni haqqında sevgi şayiələrinə jurnalist Suna Akyıldız aydınlıq gətirib:

"İrem Dericinin boşanma xəbəri karyerasının irəlilədiyi zamanda çox danışıldı. Toyunda həyat yoldaşı Rzaya görə, pul problemi yaranmışdı, amma o, əvvəl sevgi, sonra pul deyənlərdəndir.  Eşitdiyimə görə İrem Selami Şahinin oğlu Liderlə birlikdədir. Lider simaca Rzaya bənzəyir. İremi çox sevirəm. Meneceri ilə əlaqə saxladım. Xəbəri nə təsdiqlədi, nə təkzib etdi. İki gün öncə evində təşkil etdiyi menecerinin ad günündə səhərə qədər birlikdə əyləniblər. Məncə, gözəl cütlük ola bilərlər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR