Camalanın nümayəndəsi: Qaydaları pozmamışıq
11:13 / 20.05.2016
1543
"Eurovision 2016”nın qalibi Camalanın piar direktoru Denis Kozlovski, ifaçının müsabiqənin qaydalarını pozmasına dair bəyanatları təkzib edib.
Sfera.az lenta.ru-ya istinadən xəbər verir ki, Camalanın nümayəndəsi mayın 19-da ukraynalı jurnalist Anatoli Şari tərəfindən dərc edilən videosunu şərh edib.
"Bu video krım tatarlarını deportasiyasına həsr edilib, 2015-ci ilin mayın 18-də keçirilən qapalı tədbirdə mobil telefona çəkilib. Bu vieoda Camala "1944” mahnısının ilkin versiyasını ifa edir, həmin vaxt mahnının adı, mətni, aranjmanı və strukturu fərqli idi”, - Kozlovski deyib.
Onun sözlərinə görə, bu tədbirdə çəkiliş qadağana idi və "mahnı heç bir internet-platformalarda rəsmi dərc edilməyib”.
"Kommersiya relizi 2016-cı ilin fevral ayının 5-də baş tutub, publika üçün mahnı ilk dəfə "Eurovision”a milli seçimin yarımfinalında ifa edilib”, - o, əlavə edib.
Xatırladaq ki, müğənnini "Eurovision”da daha öncə ifa edilmiş mahnını təqdim etməkdə ittiham ediblər.