Səmra lüt şəklini paylaşdı: “Soyunmaqdan əsla utanmadım” - FOTO
Kateqoriya məlum deyil
"Miss Azerbaijan 2019" yarışmasının qalibi Səmra Hüseynovanın paylaşdığı çılpaq şəkli müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, o, "Instagram” hesabında paylaşdığı fotosunu sənət əsəri adlandırıb:
"Model olmasa, rəssam rəsmini, dərzi libasını, fotoqraf sərgisini nümayiş etdirə bilməz. Nə rəssam, nə dərzi, nə də fotoqraf qarşısında, soyunmaqdan əsla utanmadım. Çünki incəsənət bizə lüt ikən bağlılığı öyrətdi. Mən lüt deyiləm, çiçəklərlə örtülmüşəm. Qadın güldür. Gülü isə qoxlarlar ", - deyə Səmra paylaşımına qeyd edib.

Jalə Mehdi
Sfera.az






