Logo

Azərbaycanın iki məşhur siması evləndi: "Heç kimin ailəsini dağıtmamışam" - FOTO

Azərbaycanın iki məşhur siması evləndi: "Heç kimin ailəsini dağıtmamışam" - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Yuxu kimi” serialının baş rol ifaçısı aktrisa Aysel İbrahimova ilə nikah masasına oturub.

Sfera.az xəbər verir ki, aktrisa "Instagram” hesabında nikah masasında birgə fotolarını paylaşaraq, evləndiklərini açıqlayıb. 

O, son günlər sosial şəbəkələrdə onu kiminsə ailəsini dağıtmaqda ittiham edənlərə də cavab verib:

"Biz artıq evliyik. 2021-ci ildə evləndik. Heç kimin xoşbəxt ailəsini dağıtmamışam. Dağılmış ailəni necə dağıda bilərəm? Bu mənim nə insanlığıma, nə də xanımlığıma yaraşan bir işdir. Mövzu haqqında heç bir fikrə sahib olmadan tənqid etdiyiniz zaman övladlarınızın gələcəyini, qohum və tanışlarınızda boşanmış xanımları düşünün. Kimin ailəsinin nəyə görə dağıldığını bilmədən ağzınıza gələn rəyləri yazırsınız. Heç kim boşuna, kefindən ailəsini dağıtmır.


Pis heç nə etməmişəm, ailə qurmuşam. Boşananı da, evlənəni də qınayırsınız. Ailə qurmuşam, nə günah işləmişəm ki? Bəziləri kimi ailəli ola-ola min hoqqadan çıxmamışam ki. Cəmiyyətdə xəyanət edən qadınları, uşaqlarınıza pis örnək olan insanları qınamalısınız, ailə quranları yox. Evlilik təklifi almışam, boşanma səbəbini bilmişəm, daha sonra tanıyıb razılıq vermişəm. Elçilik olub, qohumları gəliblər, valideynlərimdən istəyiblər, daha sonra nişan və nikah baş tutub".

Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu ötən il həyat yoldaşından ayrılıb, onun iki qız övladı var. Aktrisa Aysel İbrahimova da ikinci dəfə ailə həyatı qurur, onun isə bir qızı var.

Azərbaycanın iki məşhur siması evləndi: "Heç kimin ailəsini dağıtmamışam" - FOTO


Jalə Mehdi
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR