Logo

Aleyna Tilki xəstəxanaya yerləşdirildi

Aleyna Tilki xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Əzələ spazmı keçirən, türkiyəli müğənni Aleyna Tilki xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, "Bu mənim nağılım serial”ında rol alan Aleyna Tilkinin çəkiliş meydançasında halı pisləşib.

Bu barədə müğənni xəstəxanadan yayımladığı videoda məlumat verib:

"Taqətim tükəndi, ancaq indi daha yaxşıyam. Dünən əzələ spazmı keçirdim, addım ata  bilməyəcək hala gəldim. Sanki bədənim kilidləndi. Düşünürəm ki, yalnış bir hərəkət etdim, ya da çox işlədiyimdən bu vəziyyətə düşdüm. Bütün bunlara baxmayaraq, mən işləyəndə özümü xoşbəxt hiss edirəm”.

Qeyd edək ki, Aleyna Tilki iş adamı Acun Ilıcalının yeni "Exxen” platformasında yayımlanan serialda "Survivor 2020"nin çempionu Cemal Can Canseven ilə baş rolu paylaşır. 

 
Jalə Mehdi
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR