Özcan Dəniz özündən 23 yaş kiçik sevgili tapdı - FOTO
Kateqoriya məlum deyil
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət tətbiq etdiyi ilə bağlı xəbərlərlə gündəmə gələn aktyor Özcan Dəniz özünə yeni sevgili tapıb.
Sfera.az xəbər verir ki, 49 yaşlı aktyorun 26 yaşlı, iranlı modelyer Samar Dadqarla eşq yaşadığı üzə çıxıb.
Bildirilir ki, cütlüyün sevgi münasibəti ötən ilin yayından başlayıb.
Qeyd edək ki, Özcan Deniz 2018-ci ildə evləndiyi Feyza Aktandan 2019-cu ildə boşanıb. Onların bir oğlan övladı var.

Jalə Mehdi
Sfera.az






