Logo

Xəstəxanaya yerləşdirilən Rəmişin vəziyyəti necədir?

Xəstəxanaya yerləşdirilən Rəmişin vəziyyəti necədir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bir müddətdir ki, səhhətində ciddi problemlər yaşayan Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.
 
Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Xalq artisti hazırda həkim nəzarətindədir.
 
Sfera.az azvision.az-a istinadən bildirir ki, Xalq artistinin həyat yoldaşı Güllü Hüseynova Rəmişin vəziyyətinin hələ də ağır olduğunu bildirib: "Neçə müddət idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Oksigen çatışmazlığından əziyyət çəkirdi, qaraciyərində problem var. Dünən (srağagün-red.) axşam səhhəti lap pisləşdi deyə xəstəxanaya yerləşdirdik. Özü ilə əlaqə saxlaya bilməmişəm. Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın. Belə bir məqamda məni tək qoymasın".
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR