Logo

Alla Puqaçovadan Navalnıya DƏSTƏK

Alla Puqaçovadan Navalnıya DƏSTƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rus estradasının ulduzu, Xalq artisti Alla Puqaçova həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək nümayiş etdirib.

Sfera.az xəbər verir ki, bu barədə ruslara məxsus "Telegram” kanalları məlumat yayıb.

Sənətçi ölkə prezidenti Vladimir Putinə dəstək nümayiş etdirən həmkarı Filipp Kirkorovu "Instagram” hesabında izləmədən çıxararaq, onun yerinə Navalnını izləməyə başlayıb.

Qeyd edək ki, ötən ilin avqust ayında sinir-iflic maddəsinin istifadəsiylə həyata keçirilən hücumdan sonra, Almaniyada müalicə olunan Kremlin tənqidçisi, Aleksey Navalnı 18 yanvarda Moskvaya qayıdarkən 30 sutkalıq həbs edilib. Onun azadlığa buraxılması üçün Rusiyanın müxtəlif şəhərlərində mitinqlər keçirilir.

Jalə Mehdi

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR