"Peaky Blinders" ekranlarla vidalaşacaq
"Peaky Blinders" serialının 6-cı mövsümünün çəkilişlərinə start verilib.
Sfera.az "Expansion.com"a istinadən bildirir ki, bu barədə serialın ssenari müəllifi Stiven Nayt məlumat paylaşıb.
O bildirib ki, koronavirus pandemiyası səbəbilə çəkilişləri dayandırılan "Peaky Blinders"ın çəkiliş meydançasında yenidən işlərə start verilib. Onun sözlərinə görə 6-cı mövsümlə serial final edəcək.
S.Nayt qeyd edib ki, sonuncu mövsüm indiyə kimi yayımlanan seriyalardan da yaxşı olacaq. Ssenari müəllifi eyni zamanda serialın ekranlara vida etsə də, "Peaky Blinders" ın hekayəsinin başqa formalarda davam edəcəyini də vurğulayıb.
Serialın final mövsümünün 6 seriyadan ibarət olacağı və 2021-ci ilin sonuna kimi yayımlanacağı təxmin edilir.
Qeyd edək ki, 2013-cü ildə "BBC Two"da yayımlanmağa başlayan "Peaky Blinders"ı hazırda "Netflix"də də izləmək mümkündür. Serial xüsusilə də ilk mövsümləri ilə böyük izləyici kütləsi toplayıb.
Aysel
Sfera.az






