Co Baydenin inauqurasiya mərasimində ulduzlar keçidi olacaq
Kateqoriya məlum deyil
Amerikanın
yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində ABŞ himnini məşhur müğənni
Ledi Qaqa ifa edəcək.
Sfera.az xəbər verir ki, bu barədə "Variety” nəşri məlumat yayıb.
Tom Hanksın aparıcılıq edəcəyi mərasimdə Cennifer Lopez, Con Bon Covi, Demi Lovato və Castin Timberleyk kimi dünya ulduzları iştirak edəcək.
Qeyd edək ki, Co Baydenin inauqurasiya mərasimi yanvarın 20-də Vaşinqtonda baş tutacaq.
Jalə Mehdi
Sfera.az






