Hadisə Yeni il gecəsi sərvət qazanacaq - FOTO
Kateqoriya məlum deyil
Türkiyəli müğənni Hadisə Yeni il gecəsi
konsert verəcək.
Sfera.az xəbər verir ki, müğənni "TikTok"da yayımlanacaq konsertdən 1 milyon 500 min dollar qazanacaq.
Hadisə 3 saatlıq konserti zamanı ən hit mahnılarını səsləndirəcək. O, xaricdən sifariş etdirdiyi 4 fərqli və qeyri-adi səhnə libası ilə tamaşaçıların qarşısına çıxacaq.
Həmçinin, bir kosmetika brendi ilə müqavilə imzalayan sənətçi bu əməkdaşlıqdan da 4 milyon lirə gəlir əldə edəcək.


Jalə Mehdi
Sfera.az






