Nicat Rəhimov nişanlısından ayrıldı - ÖZƏL
15:26 / 06.05.2016
4789
Bir müddət öncə nişanlandığını açıqlayan "Bozbash pictures"in "Şirin"i aktyor Nicat Rəhimov nişanlısından ayrılıb.
BiG.AZ-a açıqlama verən N.Rəhimov bildirib ki, heç vaxt nişanlanmayıb, sadəcə olaraq adına söz çıxardıblar. N.Rəhimovun dediklərini öz dilindən təqdim edirik:
"Nişanlı olmamışam, adıma söz çıxardıblar. Subayam. Elə bir insanla ailə həyatı qurmaq istərdim ki, məni başa düşsün, övladlarıma yaxşı ana olsun. Eyni zamanda, gözəl olsun. Amma yenə də əsas xarakterdir. O bilməlidir ki, aktyorla ailə həyatı qurur. Ora getmə, bura getmə deməməlidir. Əslində sənət adamlarını qınayırlar, amma elə deyil. Ən yaxşı ailə başçısı elə sənət adamları olur. Sənətdə olan kiminsə ailəsi dağılırsa, bu sənət adamlarının pis ailə başçısı olduğu anlamına gəlmir. Hamıya şamil etmək olmaz. Çox istərdim ki, gözəl ailəm olsun. Səhnədə olan insanlarla ailə həyatı quranlara pis baxmıram. Amma mən qurmaram. Çünki, sənətçi bütün günü səhnədə, çəkilişdə olur. Uşaqlarıma kim baxacaq? Amma yenə də qismət. Həyatı bilmək olmaz".