Xalq artistinin qardaşı qızı: “Deyir ki, bibim Səfurə guya cəmi bir ay evli olub...”
Bunu bir neçə gün öncə dünyasını dəyişən Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimova deyib. Xalq artistinin qohumu müğənni Samirə Yusifqızını yalan danışmaqda günahlandırıb.
"O deyir ki, bibim Səfurə guya cəmi bir ay evli olub. Bu nə deməkdir? Niyə efirə çıxıb yalan danışır? Bibim həyat yoldaşı Rəcəblə evli olduğu müddətdə illərlə övladı olmadığı üçün müalicə alıb. Sonra deyir ki, Səfurə xanım qonaq istəməyib. Samirə xanım nə vaxt gəldi ki, bibim də onu qovdu? Nə xəstələndi gəldilər, nə də dəfninə.. Amma indi efirdə çıxıb yalandan danışırlar. Samirə bir dəfə gələrdi də.. Eybi yox, qoy bir dəfə gələrdi, bibim onu qovardı.. Gözü hər zaman qapıda qaldı bibimin. Bibim qapısından heç kimi qovmayıb. Samirə Yusifqızı bibimlə reytinq qazanmasın. Bibimin hələ kəfəni saralmayıb, torpağı soyumayıb. Ayıbdır vallah. Yaxşılığından, sənətindən danışın. Haqqı nahaqqın ayağına verməyin” - deyə Xalq artistinin qardaşı qızı bildirib.
Qeyd edək ki, Samirə Yusifqızı Space TV-də yayımlanan "Gəl dərdini danış” verilişində Xalq artisti Səfurə İbrahimova haqda açıqlamalar verib.Moderator






