Tupak Şakurun anası öldü

Tupak Şakurun anası öldü

 

Tupak Şakurun anası Afeni Şakur Devis mayın 2-də 69 yaşında Kaliforniya ştatında yerləşən Susalitodakı evində dünyasını dəyişib.

Oxu.Az "New York Daily News”a istinadən xəbər verir ki, ölümə səbəb ürəyinin dayanması olub.

Evə çağrılan polislər qadını hospitala çatdırsalar da, həkimlər saat 22.30-da ölüm faktını qeydə qalmaqdan başqa heç nə edə bilməyiblər.

Afeni Tupakı 1971-ci ildə dünyaya gətirib. O, "Black Panther Party” cəmiyyətinin fəalı olub, bu cəmiyyət onun oğlunun siyasi baxışlarına təsir edib, bu baxışlar isə öz növbəsində onun musiqisində öz əksini tapıb.

Repçi anası ilə bütün ömrü boyu çox yaxın olub və hətta 1995-ci ildə ona "Dear Mama” mahnısını da həsr edib.

Bir il sonra Tupak Şakur Las-Veqasda atışma zamanı ölüb. Onun ölümündən sonra Afeni Devis musiqiçinin musiqi irsinin idarəçisi oldu, həm də Şakurun bioloji atası ilə məhkəmədə oğlunun əmlak və aktivlərinə olan hüququnu müdafiə etməli oldu.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...